Tanınmış vəkil vəfat etdi – FOTO

Tanınmış vəkil vəfat etdi – FOTO






presstv

"Presstv"az #Ağcabədi, #Ailə, #Azərbaycan, #Kitab, #Özbəkistan, #Şuşa, #Vəfat edib, #Vəkillər Kollegiyası, #Vəzifə, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə 75 yaşında vəfat edib.

presstvaz "525-ci qəzet"ə istinadən xəbər verir ki, Əli Heydər oğlu Nəsirli 1950-ci il yanvarın 18-də Ağcabədi rayonunda, əslən Şuşadan olan Nəsirli Heydər Məşədi Hüseyn oğlunun ailəsində dünyaya gəlmişdi. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirən Ə.Nəsirli 1979-cu ildən Özbəkistan Respublikasında yaşayırdı. O, Özbəkistan Respublikası Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışmışdı. Ə.Nəsirli daxili işlər orqanlarından təqaüdə çıxdıqdan sonra vəkil kimi fəaliyyət göstərirdi. Özbəkistan Vəkillər Kollegiyasının üzvü idi, Azərbaycan Vəkillər Kollegiyası tərəfindən "Fəxri Vəkil" adı ilə təltif edilmişdi.

Əli Nəsirli həm də bədii yaradıcılıqla məşğul idi. Özbəkistan Yazıçılar Birliyinin üzvü olan soydaşımızın özbək və Azərbaycan dillərində müxtəlif şeirlər kitabları nəşr olunmuşdu.

Özbəkistan-Azərbaycan dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə 2012-ci ildə Özbəkistan Respublikasının, 2022-ci ildə isə Azərbaycan Respublikasının "Dostluq" ordenləri ilə təltif edilmişdi.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv