Hovuzda boğulan dörd yaşlı Nərminin anası: “Qızımı həmin gün iki dəfə xilas etmişdik, əcəl apardı”

Hovuzda boğulan dörd yaşlı Nərminin anası: “Qızımı həmin gün iki dəfə xilas etmişdik, əcəl apardı”






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Araşdırma aparılır., #Avto, #Bakı, #Hadisə, #Qaradağ rayonu, #Qəbələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyulun 9-da saat 18 radələrində Qəbələnin Vəndam qəsəbəsində dörd yaşlı qız valideynləri ilə birgə kirayə qaldıqları evin həyətindəki hovuza düşərək boğulub.

presstvaz xəbər verir ki, mərhum Nərmin İsmayılovanın anası Aytac İsmayılova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə bir anda baş verib.

Valideynin sözlərinə görə, boğulmadan əvvəl də övladı iki dəfə ölümlə üzləşib: “Hadisə baş verən gün biz marketə getmişdik, orada qızımı az qala, maşın vuracaqdı, son anda avtomobilin altından çıxardıq. Elə həmin gün Nərmin atası və digər qızımla birgə hovuzda olarkən də boğulma təhlükəsi ilə üzləşmişdi, boğazına su getmişdi və çox qorxmuşdu. Atası dərhal hovuzdan çıxarmışdı və uşaq qorxduğu üçün bir də hovuza girməyəcəyini deyirdi. Elə bil qızımın əcəli gəlmişdi, onu əcəl apardı”.

A.İsmayılova əlavə edib ki, ölümlə nəticələnən hadisə dörd yaşlı qızının hovuzun kənarında yıxılmasından sonra baş verib: “Qızım oradan keçəndə sürüşüb yıxılıb, qulaq nahiyəsində göyərti izi də qalmışdı. Yıxılıb xəsarət alandan sonra hovuza sürüşüb düşüb. Hər şey iki dəqiqədə baş verib, mən evdə idim, çölə çıxanda artıq gec idi”.

Qeyd edək ki, ailə yaşadıqları Bakı şəhər Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Qəbələyə istirahətə gedibmiş və Vəndamda kirayə tutduqları “A-Frame” tipli evdə qalırlarmış. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv