“Bitcoin”in məzənnəsi tarixi maksimumu yeniləməyə davam edir

“Bitcoin”in məzənnəsi tarixi maksimumu yeniləməyə davam edir






presstv

"Presstv"az #Araşdırma, #Avropa, #Azərbaycan, #Cənubi Qafqaz, #Deportasiya, #Ermənistan, #Hadisə, #Hakim, #İlham Əliyev, #Nəqliyyat, #Qərbi Azərbaycana qayıdış, #Türkiyə, #Vəzifə, #YouTube, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

presstvaz xəbər verir ki, “Ermənistan Türkiyə ilə münasibətləri niyə normallaşdırmağa çalışır?” adlı süjetdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə toplantısından, Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycana qayıdışla bağlı hədəflər Xankəndidən edilib. Zirvə toplantısında Prezident İlham Əliyevin çıxışı, xüsusilə Qərbi Azərbaycanla bağlı dedikləri soydaşlarımızın öz ata-baba yurduna qayıdışının real olduğuna bir daha əminlik yaradır. Bu, həm İƏT-inüzv ölkələrinə Qərbi Azərbaycan məsələsinin təqdim edilməsi, həm də bu məsələnin beynəlxalq müstəviyə çıxarıldığı mesajının verilməsi deməkdir. İƏT-in 17-ci Zirvə toplantısının yekunlarına dair qəbul edilən Xankəndi Kommünikesində də Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.

Qeyd olunur ki, Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması və qəbul edilməsi Ermənistanda narahatlıqla izlənilir. Ermənistan mediasının “ictimai xadim” kimi təqdim etdiyi Armen Hovasapyan deyir ki, Qərbi Azərbaycan ifadəsi beynəlxalq ritorikaya tam şəkildə daxil edilib və bu reallıqlar Paşinyan hakimiyyətinin bacarıqsızlığının nəticəsidir.

Diqqətə çatdırılır ki, Ermənistanda əsas müzakirə mövzularından biri də Zəngəzur dəhlizi ətrafında baş verənlərdir. “Karnegi” Fondunun yayımladığı “Ermənistan Türkiyə ilə münasibətləri niyə normallaşdırmağa çalışır?” adlı məqalədə qeyd olunur ki, Cənubi Qafqazda həll olunmamış əsas məsələ Asiyanı Avropa ilə birləşdirən nəqliyyat marşrutlarının taleyidir: “Bu marşrutların bəziləri Ermənistandan da keçə, Türkiyəni Azərbaycanla, daha sonra Ankaranın xüsusi marağı olan Mərkəzi Asiya ilə birləşdirə bilər. Ermənistan üçün bu layihədə iştirak son dərəcə vacibdir”.

Azərbaycan üzrə erməni ekspert Armine Adibekyanın fikrincə, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi məsələsində razılaşacaq: “Paşinyan hakimiyyətinin icra edəcəyi tələblərdən biri də 300 min azərbaycanlının geri qayıtmasıdır. Onlar Paşinyanın yeni seçiciləri olacaqlar və daha sonra muxtariyyət məsələsi gündəmə gələcək”.

Sonda vurğulanır ki, baç verən hadisələr bunu deməyə əsas verir: “Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycana qayıdış yaxın gələcəkdə reallaşa bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv