Azərbaycan FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi seçilib

Azərbaycan FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi seçilib






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Əli Əsədov, #İlham Əliyev, #Kəmaləddin Heydərov, #Serbiya, #Tunis, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası keçirilib.

presstvz  bildirir ki, bu barədə   Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Əvvəlcə BMMT-nin himni səsləndirilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Azərbaycanın Baş naziri Əli Əsədov oxuyub.

Təşkilatın İcraiyyə Şurasının vitse-prezidenti Vinisio Feliks Çavarria Bayes və BMMT-nin baş katibinin səlahiyyətlərini icra edən Roman Lapin çıxışlarında sessiyanın qarşısında duran məsələlərdən danışıblar.

Daha sonra təşkilatın Etimad Komitəsinin hesabatı dinlənilib, sessiyanın gündəliyi təsdiq olunub. BMMT-nin baş katibi vəzifəsinə namizədlərin təqdimatından sonra səsvermə keçirilib.

Səsvermənin nəticəsinə əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi, polkovnik Ərgüc Kələntərli yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi seçilib. Qeyd edək ki, baş katib vəzifəsinə seçkidə təşkilata üzv 4 ölkə – Azərbaycan, Serbiya, Burkina-Faso və Tunisdən olan namizədlər mübarizə aparırdılar.

Səsvermənin hesabatı dinlənildikdən sonra BMMT-nin yeni baş katibi Ərgüc Kələntərli çıxış edərək, ona göstərilən etimada görə təşəkkürünü bildirib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını deyib.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tədbirdə yekun nitq söyləyib.

Nazir BMMT-nin Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının bütün iştirakçılarına məhsuldar və konstruktiv fəaliyyətlərinə görə səmimi təşəkkürünü bildirib. K.Heydərov Prezident İlham Əliyevə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinə göstərdiyi hərtərəfli dəstəyə, strateji baxışına və davamlı diqqətinə görə dərin minnətdarlığını çatdırıb.

Nazir BMMT-nin Bakıda keçirilən sessiyalarının fövqəladə hallarla mübarizə məsələlərində real və müsbət nəticələrin yalnız birgə və əlaqəli fəaliyyət sayəsində əldə edilməsinin mümkünlüyünü bir daha göstərdiyini vurğulayıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə beynəlxalq əməkdaşlığın fəal və məsuliyyətli iştirakçısı kimi ölkəmizin bundan sonra da BMMT-nin fəaliyyətini dəstəkləməkdə, onun inkişafına əməli töhfə verməkdə davam edəcəyini diqqətə çatdırıb.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının Bakıda keçirilən 3-cü növbədənkənar sessiyasının işinə BMMT-nin himninin səsləndirilməsi ilə yekun vurulub.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv