Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM – Mustafayev və Qriqoryan da iştirak edirlər

Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM – Mustafayev və Qriqoryan da iştirak edirlər






presstv

"Presstv"az #Ararat Mirzoyan, #Azərbaycan, #Ceyhun Bayramov, #Ermənistan, #Hikmət Hacıyev, #Şahin Mustafayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan və Ermənistan liderləri arasında keçirilən Əbu-Dabi görüşü ən vacib və tarixi görüş olmaqla yanaşı, bir sıra maraqlı və diqqətçəkən məqamlarla da yadda qalıb.

presstvaz xəbər verir ki, liderlərin görüşündə iştirak edən nümayəndə heyətlərinin tərkibinə nəzər salanda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, baş nazirin müavini Mqer Qriqoryan və parlament sədrinin müavini Ruben Rubinyan iştirak edirlər.

Diqqətçəkən məqamlardan biri ilk dəfə görüşə baş nazirlərin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın da qatılmasıdır.

Xatırlatmaq yerinə düşər ki, Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ondan çox iclası keçirilib. Görüşdə bir sıra mühüm nəticələr əldə olunub, sərhəd dirəkləri quraşdırılıb. Həmçinin, hər iclasdan sonra tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Ehtimal olunur ki, bugünkü görüşdə delimitasiya prosesinin növbəti mərhələsi də müzakirə ediləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv