Hamilə qadınlara şad XƏBƏR: bu xidmətlər pulsuz oldu

Hamilə qadınlara şad XƏBƏR: bu xidmətlər pulsuz oldu






presstv

"Presstv"az #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hamiləlik dövründə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində təbii doğuş ödənişsiz şəkildə, yəni icbari tibbi sığorta hesabına həyata keçirilir.

presstvaz xəbər verir ki, bu barədə TƏBİB-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, tibbi xidmətlərdən hamilə qadınların yararlanması məqsədilə hamiləliyin nəzarəti aparılan tibb müəssisəsi tərəfindən 30-cu həftəsindən sonra tərtib edilən mübadilə vərəqələri təqdim edilir: "Hamilə qadının seçimi də nəzərə alınmaqla doğuşun təşkili və ya icrası ixtisaslı tibb müəssisəsinə yönləndirilir. İcbari tibbi sığorta çərçivəsində hamilə qadınlara doğuşaqədər tibbi xidmətlər və nəzarət, həmçinin patronaj xidməti ilkin səhiyyə xidmətinə uyğun olaraq həkim-mama ginekoloqlar tərəfindən həyata keçirilir. Tibbi göstəriş olduğu halda qeysəriyyə əməliyyatı da icbari tibbi sığorta çərçivəsində icra olunur. 

Bundan əlavə, hamilə qadında digər xəstəlik aşkar olunarsa və bu diaqnoz Xidmətlər Zərfinə uyğun olaraq təminata alınıbsa, vətəndaş tibbi xidmətdən ödənişsiz əsaslarla yararlana bilər".

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv