Qulu Məhərrəmli: “Jurnalistika tədris proqramının müasir tələblərə yenilənməsi barədə təklif var”

Qulu Məhərrəmli: “Jurnalistika tədris proqramının müasir tələblərə yenilənməsi barədə təklif var”






presstv

"Presstv"az #Bakı, #Bakı Dövlət Universitetini, #Heydər Əliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Jurnalistika ixtisasının adının və tədris proqramının müasir tələblərə uyğun şəkildə yenilənməsi barədə təklif səsləndirilib”.

presstvaz xəbər verir ki, təkliflə Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli “Medianın inkişafında ümummilli lider Heydər Əliyevin rolu” adlı konfrans çərçivəsində baş tutan dəyirmi masada çıxış edib.

Onun sözlərinə görə, Jurnalistika fakültəsinə birinci kursda daxil olan tələbələr adətən romantik düşüncələrlə gəlirlər. Lakin bir müddət sonra anlayırlar ki, bu sahədə romantik yanaşmadan uzaqlaşıb, reallıqları obyektiv şəkildə çatdırmaq mümkündür.

Q.Məhərrəmli təklif edib ki, Jurnalistika ixtisasının adı və tədris proqramı müasir tələblərə uyğun şəkildə yenilənməlidir. Onun fikrincə, sahənin sürətlə dəyişməsi, rəqəmsal medianın inkişafı və jurnalistdən gözlənilən bacarıqların artması bu dəyişikliyi zəruri edir. Klassik fənlərlə müasir jurnalisti yetişdirmək çətinləşdiyindən, proqram həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əhatə etməli, istiqamətlər dəqiq müəyyənləşdirilməlidir. O hesab edir ki, “Jurnalistika” adının “Kommunikasiya və jurnalistika” kimi daha geniş və əhatəli bir anlayışla əvəzlənməsi bu sahədəki dəyişiklikləri daha dolğun ifadə edər və ixtisasın məzmununa uyğun olar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv