“Keşlə” bazarında istehlaka yararsız 700 kiloqramdan çox balıq məhsulu aşkarlandı

“Keşlə” bazarında istehlaka yararsız 700 kiloqramdan çox balıq məhsulu aşkarlandı






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Nərimanov rayonu, #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Keşlə” bazarında yoxlama keçirib.

presstvaz xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı balıq məhsullarının emalı sahəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə əməl edilmədən balıq məhsullarının soyuducudan kənarda saxlanılaraq satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda çəlləklərdə duzlaşdırılaraq antisanitar şəraitdə emal olunan kəskin qoxulu, həşəratlarla sirayətlənmiş ümumi çəkisi 740 kq istehlaka yararsız balıq məhsulu aşkarlanıb.

Faktla bağlı istehlaka yararsız balıq məhsullarının satışının qadağan edilməsi və məhv olunmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, nöqsanlar aradan qaldırılanadək balıq məhsullarının emalı sahəsinin fəaliyyəti dayandırılıb, inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv