“Maral Ay” – yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq

“Maral Ay” – yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq






presstv

"Presstv"az #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu il iyulun 10-da gecə səmasında “Maral Ay” (“Buck Moon”) adlı unikal astronomik hadisə müşahidə olunacaq. Bu hadisə Ayın ilin ən alçaq mövqedə yerləşməsinə görə tanınır.

presstvaz xəbər verir ki, bu barədə “Live Science” elmi jurnalına istinadla məlumat verilib.

Astronomlar bildirirlər ki, bu möhtəşəm mənzərəni izləmək üçün ən uyğun vaxt günbatan sonrası qürub şəfəqləri zamanı olacaq. Məhz bu vaxt Ay üfüqdə nəhəng ölçüdə görünəcək və narıncı rəngə bürünəcək.

NASA-nın mütəxəssisləri bu effekti “Ayın illüziyası” adlandırılan optik fenomenlə izah edirlər. Bu zaman Ay üfüqə yaxın olduqda, insan beynində onun ölçüsü olduğundan daha böyük görünür, rəngi isə atmosferin təsiri ilə daha doymuş və tünd olur. Bu, həm insanın görmə qavrayışı, həm də atmosferdə işığın qırılması ilə bağlıdır.

“Maral Ayı” adının mənşəyi

“Maral Ay” adı Şimali Amerikanın yerli xalqlarının folklorundan qaynaqlanır. İyul ayı – cavan maralların buynuzlarının böyüyüb sərtləşməyə başladığı dövrdür. Bu, ovçu tayfalar üçün təbiətdə mühüm mərhələ sayılırdı və bu təbii dövr dolunayın adında əks olunmuşdur.

Astronomlar şəhər işıqlarından uzaqda, açıq və təmiz hava şəraitində bu hadisəni izləməyi tövsiyə edirlər.

Bu il “Maral Ay” Şimal yarımkürəsində üfüqə çox yaxın, Cənub yarımkürəsində isə adi səviyyədən daha yüksəklikdə görünəcək və parlaq, yadda qalan mənzərə yaradacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv