“Tesla”dan Oval kabinetə: Amerika Partiyası 2028-ci il seçkisini hədəfləyib

“Tesla”dan Oval kabinetə: Amerika Partiyası 2028-ci il seçkisini hədəfləyib






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #İlon Mask, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Tesla” və “SpaceX”in rəhbəri, milyarder İlon Mask bəyan edib ki, onun yaratdığı Amerika Partiyası 2028-ci ildə ABŞ-də keçiriləcək növbəti prezident seçkisində hansısa namizədi dəstəkləyə bilər.

presstvaz xəbər verir ki, bu barədə sahibkar “X”dəki hesabında bəyan edib.

O bildirib ki, prezidentliyə namizədə dəstək istisna edilmir, lakin qarşıdakı 12 ay ərzində diqqət əsasən Konqresin Nümayəndələr Palatasına və Senata keçiriləcək seçkilərə yönələcək.

Xatırladaq ki, bir gün öncə İlon Mask ABŞ-nin Federal Seçki Komissiyasına (FEC) müraciət edərək “Amerika” adlı siyasi partiyanı qeydiyyatdan keçirmək üçün sənədlər təqdim edib.

Qeyd edək ki, Donald Trampın prezidentlik kampaniyası dövründə o və Mask dost münasibətlərdə olublar. Lakin sahibkarın bu il mayın sonunda dövlət qulluğundan ayrılmasından sonra onların münasibətləri pozulub. Gərginliyə səbəb isə vətəndaşlara vergi güzəştləri nəzərdə tutan qanun layihəsi olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv