“Ələkbər əmi”nin doğum günüdür

“Ələkbər əmi”nin doğum günüdür






presstv

"Presstv"az #Aktyor, #Azərbaycan, #Bakı, #Çin, #Doğum günü, #İran, #İstanbul, #Polşa, #Şəki, #Teleaparıcı, #Təhsil, #Vəfat edib, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, “Humay” və “Qızıl Dərviş” mükafatları laureatı, uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuş mərhum Əməkdar artist, uşaqların sevimlisi, “Ələkbər əmi” kimi tanınmış aktyor Ələkbər Hüseynovun doğum günüdür.

presstvaz xatırladır ki, o, 7 iyul 1961-ci ildə Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsərində “Qurban”, H.X.Andersenin “Bülbül” nağılında “Nağılçı” və “Çin imperatoru”, N.Bədəlovun “Qara rəngin nağılı”nda “Aydın”, R.Əlizadənin “Tıq-tıq xanım”ında “Dirijor”, “Qoca” və “Müğənni”, A.Ostrovskinin “Qar qız”ında “Lel”, R.Əlizadənin “Keçəlin toyu”nda “Keçəl” rollarını oynayıb.

Ə.Hüseynovun səhnələşdirdiyi “Səadət quşu” və “Möcüzəli tamaşa” pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində də tamaşaya hazırlanıb. Aktyor “Keçəlin toyu” tamaşasındakı “Keçəl” rolu ilə İstanbulda, “Bülbül” tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.

2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

2007-ci ildə Polşanın “Təbəssüm Ordeni” mükafatına layiq görülüb.

Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Hepatit C xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, o, teleaparıcı Şərqiyyə Hüseynovanın xalası oğlu idi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv