Plastikdən daha möhkəm, viruslar üçün isə ölümcül material hazırlandı

Plastikdən daha möhkəm, viruslar üçün isə ölümcül material hazırlandı






presstv

"Presstv"az #Bakteriya, #Elektrik cərəyanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər tropik bitki olan luffadan ilhamlanaraq yeni bir süni polimer material hazırlayıblar. Bu material adi plastikdən dörd dəfə möhkəmdir, həmçinin virusları məhv edə bilir.

presstvaz-ın verdiyi xəbərə görə, bu barədə nüfuzlu “Science” jurnalında məqalə dərc olunub.

Ekspertlərin fikrincə bu, elektronika, tikinti və tibb sahələrində əsl inqilab vəd edir.

“Yeni polimerin quruluşu luffadan hazırlanan təbii süngərə bənzəyir. Quruduqda bərk, nəmləndikdə isə elastik olur. Quruluşuna görə mayeni rahatlıqla keçirir, amma bakteriya və virusları bloklayıb məhv edir”, – deyə alimlər vurğulayıblar.

Yeni material aşağı sıxlığa malik olsa da, çox yüksək təzyiqə dözə bilir. Hətta o, penoplastdan daha yüngül olmasına baxmayaraq plastikdən 4 dəfə möhkəmdir.

Polimer rezorsin, aldehid, saf su və elektrik cərəyanı ilə heç bir əlavə mexaniki emal olmadan əldə olunur. Bu maddələr öz-özünə nazik, süngərəbənzər bir membran formalaşdırır.

Mütəxəssislər onu elektron qurğular, tibb avadanlıqları, yüngül, lakin dayanıqlı tikinti materiallarının hazırlanmasında istifadə oluna biləcəyini deyirlər. Materialın istənilən səthə tətbiq edilə bilməsi də əlavə üstünlükdür. Bu, onun möhkəmliyini artırır.

“Biz təsadüfən təbiətdəki süngərə çox bənzəyən, amma daha funksional bir material əldə etdik. Bu, gələcəyin yüngül və davamlı texnologiyaları üçün əsas olacaq,” – deyə tədqiqatçılar bildirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv