Bəstəkar Sevinc Abbasova: “Nüvədiyə qayıtmaq ən böyük arzumdur”

Bəstəkar Sevinc Abbasova: “Nüvədiyə qayıtmaq ən böyük arzumdur”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Bakı, #Deportasiya, #Ermənistan, #İlham Əliyev, #Novruz bayramı, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

presstvaz xəbər verir ki, “Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi” adlı buraxılış əslən Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndindən olan bəstəkar Sevinc Abbasovanın həyat hekayəsinə həsr olunub.

O, 1969-cu ildə Bakıda doğulsa da, əslən Qərbi Azərbaycandan olduğunu, uşaqlıq illərinin, yay tətillərinin Nüvədidə keçdiyini deyib: “Biz oranı çox sevirdik. Bacı-qardaş günümüz orada keçirdi. Novruz bayramında, yayda kəndə gedəndə yaylağa köçürdük. Oranın gözəl bulaqları var idi. Baba Hacı ziyarətgahında qurban kəsir, dua edirdik. Nənəm şirin çörək, paxlava, şəkərbura bişirirdi. Dağın başına qalxır, orada od qalayır, üstündən hoppanır, müxtəlif oyunlar oynayırdıq. Babamın üzüm, ərik bağları, mal-qarası, qırmızı yəhərli atı var idi. Babamın atını çapırdım”.

Onun sözlərinə görə, hələ 1985-1986-cı illərdə camaatı ermənilər sıxışdırırdı: “Babam atama o zaman deyirdi, söhbət gəzir ki, ermənilər gəlirlər, kəndi hamınız boşaldın. Babam çıxmaq istəmirdi. Doğma yurduna bağlı adam idi, çox kövrəlmişdi. Nüvədi camaatı kəndlərinə çox bağlı mehriban insan idilər. Güllə səsləri eşidilsə də, heç kim çıxmaq fikrində deyildi. Nəhayət, 1989-ci il idi, babam və nənəm bizə Bakıya gəldilər. Nənəm ağladı, dözə bilmirdi ki, bu, necə ola bilər. Babam da deyirdi ki, ölsəm, məni Nüvədidə dəfn edərsiniz. Öz Vətənimi istəyirəm, Nüvədisiz qala bilmirəm. Atam da, anam da çox pis olmuşdu. Nüvədinin ətrafında olan kəndlər. rayonlar boşalmışdı, amma bir nüvədili çıxmamışdı. Son məqama kimi Nüvədi camaatı dözdü, lakin kəndi tərk etmək məcburiyyətində qaldılar”.

Bəstəkar deyib ki, Vətəni sevməyən insan olmaz: “Bakıda doğulduğuma baxmayaraq Nüvədi kəndini çox sevirəm və oraya qayıdışı gözləyirəm. Arzum var ki, Nüvədiyə həsr etdiyim mahnılar, instrumental kompozisiyalar orada səslənsin. Atam çox gözəl rəssam olub. Babamın evində hər divarda atamın rəsm əsərləri asılmışdı. İnşallah, kəndə gedəndə o şəkilləri axtaracağam. Ermənilər evləri uçurublar, qəbirləri dağıdıblar. Gedib Baba Hacını ziyarət etmək istəyirəm. “Qəlbin fəryadı” və “Nüvədi” haqqında kompozisiyamda Vətən həsrətini, doğma yurd üçün çox darıxdığımı göstərmişəm. İnşallah, Nüvədiyə qayıdandan sonra mən o bəstəmə orada klip çəkəcəyəm. Bu, mənim ən böyük arzumdur. Əminəm ki, mahnılarımı orada səsləndirəcəyəm”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv