Türkiyədə meşə yanğınlarının arxasında PKK durur?

Türkiyədə meşə yanğınlarının arxasında PKK durur?






presstv

"Presstv"az #Meşə, #Meşə yanğınları, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası ölkədəki meşə yanğınlarının PKK terror təşkilatı ilə əlaqəsi olan qrup tərəfindən törədildiyini təkzib edib.

presstvaz xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” sosial şəbəkəsində açıqlamasında bildirilir.

Qeyd edək ki, bəzi sosial media istifadəçiləri İzmir, Manisa və Hatayda baş verən meşə yanğınlarının PKK ilə əlaqəli olduğunu iddia edib.

“Heç bir nəticəyə əsaslanmayan bəyanatların siyasi materiala çevrilməsi yanğınların özü qədər təhlükəli olan dezinformasiyadır”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, son günlər Türkiyənin bir neçə vilayətində baş verən meşə yanğınları nəticəsində iki nəfər ölüb, 500-dən çox insan yaralanıb, 50 mindən çox sakin təxliyə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv