Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib






presstv

"Presstv"az #Anar Əliyev, #Azərbaycan, #İlham Əliyev, #Konstitusiya və Suverenlik İli, #Məcnun Məmmədov, #Məleykə Abbaszadə, #Prezident Administrasiyası, #Şahmar Mövsümov, #Sərəncam, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.

presstvaz xəbər verir ki, tədbirdə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili iştirak ediblər.

Açılış mərasimində çıxış edən qonaqlar bu mərhələyə qədər irəliləyən iştirakçıları təbrik edərək onlara uğurlar arzulayıblar. Bildirilib ki, bu mərhələyə vəsiqə qazanmaq artıq özlüyündə böyük nailiyyət hesab olunur.

Qeyd edək ki, bu il keçirilən müsabiqənin konsepti Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Eyni zamanda, builki konsept 44 günlük Zəfərimizin beşilliyi və “Yüksəliş” müsabiqəsinin 5-ci mövsümü ilə bağlıdır.

Yarımfinal mərhələsində iştirak etmək hüququ qazanan 329 namizəd idarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlə tamamlayaraq bu mərhələyə yüksəlib. Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun hazırlanmış situasiyalar və keys tapşırıqları üzərindən öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər doqquz səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv