Ersin Tatar: “Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır”

Ersin Tatar: “Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır”






presstv

"Presstv"az #Azərbaycan, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanın beşillik qısa müddətdə azad edilmiş torpaqlarını misilsiz xalq birliyi ilə yenidən bərpa etməsi Şimali Kipri qürurlandırır. Qarabağ Azərbaycan, Azərbaycan Qarabağdır!”

presstvaz “Report”a istinadla xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, Şimali Kiprin dünyanın ən yaxşı 1000 universiteti arasında dörd ali təhsil müəssisəsi var:

“Bizim 154 ölkədən 121 min tələbəni qəbul edəcək potensialda təhsilimiz var. Ona görə də qardaş ölkə Azərbaycanla da bu istiqamətdə əməkdaşlıq edəcəyimizə ümidvaram”.

E.Tatar bildirib ki, hazırda dünyada və bölgədə sülhə və əməkdaşlığa daha çox ehtiyac var:

“Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq ictimaiyyətdə haqq etdiyi yeri almağına çalışırıq. Artıq İslam Əməkdaşlıq Təşkilatına üzv olmağımız beynəlxalq aləmdə mərhələli şəkildə qəbul olunduğumuza bir işarədir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv