Qırğızıstan prezidenti: “İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır”

Qırğızıstan prezidenti: “İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır”






presstv

"Presstv"az #Çin, #İlham Əliyev, #İqlim dəyişikliyi, #İran, #İsrail, #Münaqişə, #Nəqliyyat, #Özbəkistan, #Qırğızıstan, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

O, sammitin Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını deyərək Prezident İlham Əliyevə təşəkkür edib.

S.Japarov bildirib ki, iqtisadiyyatın inkişafı iqlim dəyişikliyi ilə sıx əlaqəlidir:

“İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır. Enerji sektoru da daxil olmaqla həyatın bütün sahələrinə yenidən baxmağı vacib edir. Bərpaolunan enerji sahələrinin artırılması və digər istiqamətlərdə səylərimizi artmağa çağırıram. Biz 2027-ci ildə “Bişkek+25″ İkinci Qlobal Dağ Sammitinə ev sahibliyi edəcəyik”.

Qırğızıstan prezidenti vurğulayıb ki, hazırda ən əhəmiyyətli layihələrdən biri Çin-Qırğızıstan-Özbəkistan dəmir yoludur:

“Onun tikintisi ölkələrimiz arasında əlaqəni sürətləndirəcək, iqtisadiyyatın inkişafına töhfə verəcək. Biz virtual təhlükəsizliyin gücləndirilməsi, kibercinayətkarlığın azaldılması istiqamətində əməkdaşlıqda maraqlıyıq”.

S.Japarov bugünkü Zirvə görüşünün Yaxın Şərqdəki gərgin vəziyyət fonunda keçdiyini söyləyib:

“İran və İsrail münaqişəsinin gərginləşməsi bütün regionda təhlükəli vəziyyət formalaşdırır. Qırğızıstan sülh və beynəlxalq hüquq çərçivəsində məsələnin həllinin tərəfdarıdır”.

Dövlət başçısı, həmçinin ECO üzvləri arasında ticarət dövriyyəsini artırmaq üçün addımlar atılmasının vacib olduğunu qeyd edib:

“Eyni zamanda, ölkələr arasındakı nəqliyyat-logistika imkanları asanlaşdırılmalı, viza-gömrük proseslərinə baxmalıyıq. Təklif edirik ki, dənizə çıxışı olan ölkələrdə liman xidmətləri üçün azaldılmış tariflər olsun. Bütün bu sahələrin inkişafı üçün xarici investorlara imkanlar yaratmaq vacibdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv