Türkiyə ölkə tarixində ilk iqlim qanununu qəbul edib

Türkiyə ölkə tarixində ilk iqlim qanununu qəbul edib






presstv

"Presstv"az #Anadolu, #Meşə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Böyük Millət Məclisi ölkə tarixində iqlimlə bağlı ilk qanun layihəsini qəbul edib.

presstvaz “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, yeni tənzimləmənin məqsədi 2053-cü ilə qədər Türkiyədə istixana qazı emissiyalarını sıfıra endirmək və Milli Müəyyən Edilmiş Töhfədəki hədəflərə nail olmaqdır.

Qeyd olunub ki, Ankaranın enerji siyasətinin prioritet istiqamətləri bərpa olunan enerji mənbələrindən aktiv istifadə və yaşıl texnologiyaların tətbiqidir.

Belə ki, ölkənin 81 vilayətinin hər birində valilərin sədrliyi ilə iqlim dəyişikliyi üzrə Koordinasiya şuraları fəaliyyət göstərəcək və Milli Karbon Emissiyalarının Ticarət Sistemi yaradılacaq.

Qanun layihəsində iqlim dəyişikliyi üzrə yerli fəaliyyət planlarının, həmçinin su ehtiyatlarının səmərəli tənzimlənməsi və meşə sahələrinin artırılması strategiyalarının hazırlanması nəzərdə tutulur.

Digər məsələlərlə yanaşı, təsərrüfat subyektlərinin ətraf mühiti çirkləndirməsini minimuma endirmək üçün xammaldan istifadənin stimullaşdırılması da planlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv