TREND TVNEWSTUBEHAVA Polis seçkidə necə davranmalıdır?

TREND TVNEWSTUBEHAVA Polis seçkidə necə davranmalıdır?






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident seçkilə­rinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz, demokratik şəraitdə keçirilməsi, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi məqsədilə Daxili İşlər Nazirliyində mü­vafiq Tədbirlər Planı təsdiqlənib. Onun icrası xüsusi nəzarətə götürülüb. 

“Presstv” az  Secki-2024.az-a istinadən xəbər verir ki, bu barədə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Sənan Əliyev Şirvan şəhərində polisin seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar-müşavirədə bildirib.

O, seçki kampaniyası döv­ründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı po­lis əməkdaşlarının hüquq və vəzifələri barədə danışıb.

İdarə nümayəndəsi seçkidən sonrakı dövrdə seçki bülleten­lərinin, digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gəti­rilməsi zamanı görüləcək təhlükəsizlik tədbirləri barədə məlumat verib.

Bildirək ki, seminar-müşavirə MSK və DİN-in birgə layihəsi çərçivəsində baş tutub. 

Bundan əvvəl DİN və MSK prezident seçkiləri ilə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.

Qurumlararası əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi polis əməkdaşlarının qarşıdan gələn seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.

Seçki Məcəlləsinin 104.14-cü maddəsinə əsasən, seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır.

Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər.

Buna görə də, polis əməkdaşları səsvermə günü xidməti fəaliyyətlərini seçki məntəqəsi yerləşən binadan azı 100 metr aralıda yerinə yetirməlidir.

Qeyd edək ki, polis əməkdaşı səsvermə günü xidməti formada olmalıdır.

Polis əməkdaşlarının qanunazidd hərəkətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.

Xatırladaq ki, 2024-cü ilin fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində 7 namizəd mübarizə aparacaq.

“Presstv” az xəbər portalı 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv