“Birbank Bahar” lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

“Birbank Bahar” lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu






presstv

"Presstv"az #Apple, #Avto, #Azərbaycan, #Hadisə, #iPhone, #Kontakt Home, #Lotereya, #Sosial şəbəkələr, #Toyota

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran “Bahar” lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər.

Lotereyanın superprizi olan “Toyota Corolla” avtomobilini qazanan Murad bəy hələ də hadisənin çaşqınlığından çıxa bilmədiyini vurğulayıb.

“Qalib olmaq üçün xüsusi heç nə etməmişəm. Sadəcə gündəlik alış-verişlərimi “Birbank” tətbiqi vasitəsilə sifariş etdiyim “Birbank Star” kartı ilə edirdim, avtomobil qazanacağımı isə heç vaxt düşünməzdim. Əsas hədiyyəni qazandığımı eşitdiyim an mənim üçün sözün əsl mənasında unudulmaz oldu. “Birbank”a müştərilər üçün belə bir imkanı yaratdığı üçün təşəkkür edirəm”.

“Kontakt Home”dan hədiyyə kuponu qazanan Sevinc xanım qaliblər arasında olduğunu öyrənəndə çox təəccübləndiyini və sevindiyini bildirib:

“Çox sevincliyəm. Məncə bu cür aksiyalar müştəriləri motivasiya etməklə yanaşı, gündəlik bank xidmətlərindən istifadəyə də əlavə maraq yaradır”.

“iPhone 16 Pro” qazanan Natavan xanım isə lotereyada hədiyyə qazanacağını heç vaxt düşünmədiyini qeyd edib:

“Birbank” tətbiqindən adi qaydada, demək olar ki hər gün istifadə edirəm. Kampaniya dövründə onlayn şəkildə kredit əldə etdim, bir müddət sonra isə qalib olduğumu öyrəndim. Mənim üçün çox gözlənilməz oldu. Belə lotereyaları tez-tez edin ki, hamı faydalansın”.

Qeyd edək ki, “Bahar” lotereyasında 45 nəfər “Bravo” marketdən 50 AZN-lik kupon, 25 nəfər “Kontakt Home”dan 200 AZN dəyərində hədiyyə kartı, 15 nəfər “PAŞA Travel”dan 500 AZN-lik ölkədaxili səyahət paketi qazanıb. Əlavə olaraq, 10 nəfər “Apple Watch Series 8”, dörd nəfər “iPhone 16 Pro”, bir nəfər isə lotereyanın superprizi olan “Toyota Corolla” avtomobilinə sahib olub. Lotereyanın şərtlərinə əsasən “Birbank” tətbiqindən və ya birbank.az, kapitalbank.az saytlarından nağd pul krediti, “Birbank Star” kredit kartı və ya istənilən “Birbank” taksit kartı, eləcə də m10 tətbiqindən nağd pul krediti, Birmarket-dən (Red: Umico 1 iyul 2025-c il tarixindən etibarən fəaliyyətini Birmarket olaraq davam etdirir) kredit əldə edən, həmçinin əldə etdiyi “Birbank Star” kredit kartı və istənilən “Birbank” taksit kartı ilə Birmarket.az-dan alış-veriş edən minlərlə müştəri iştirak şansı qazanırdı.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və “Paşa Holding”ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv