ABŞ tədbirləri sərtləşdirir: Cinsi cinayətlərə və insan alverinə görə vətəndaşlıqdan məhrumetmə

ABŞ tədbirləri sərtləşdirir: Cinsi cinayətlərə və insan alverinə görə vətəndaşlıqdan məhrumetmə






presstv

"Presstv"az #ABŞ, #ABŞ vətəndaşlığı, #Ədliyyə Nazirliyi, #Fırıldaqçılıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Ədliyyə Nazirliyi cinsi toxunulmazlığa qarşı cinayətlər və insan alveri ilə məşğul olan şəxslərin vətəndaşlıqdan məhrum edilməsinə dair yeni prioritet siyasət tətbiq etməyə başlayıb.

presstvaz xəbər verir ki, bu barədə “New York Post” nəşri ABŞ Ədliyyə Nazirliyinin xidməti qeydinə istinadla məlumat yayıb.

Qeyd olunub ki, vətəndaşlıqdan məhrumetmə 10 cinayət kateqoriyasını əhatə edir. Siyahıya, həmçinin hərbi cinayətlər, terrorizm və bəzi fırıldaqçılıq halları da daxildir.

“Bundan əlavə, nazirliyin Mülki İdarəsi zəruri hesab etdiyi hallarda bu kateqoriyalara daxil olmayan cinayət işlərinə də fərdi qaydada baxmaq hüququnu özündə saxlayır”, – deyə sənəddə bildirilib.

Yeni tədbirin əsas məqsədi ölkənin milli təhlükəsizliyinin qorunması kimi göstərilir.

Məlumata görə, artıq bu qaydaların tətbiqi çərçivəsində bir şəxs vətəndaşlıqdan məhrum edilib. Britaniya vətəndaşı Elliot Dyuk ABŞ Silahlı Qüvvələrinə qəbul olunduğu 2013-cü ildə ABŞ vətəndaşlığı almışdı. Lakin sonradan o, uşaq pornoqrafiyası hazırlama və saxlama ittihamı ilə məhkəmə tərəfindən təqsirli bilinərək vətəndaşlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv