Kseniya Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu

Kseniya Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu






presstv

"Presstv"az #Azərbaycan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kseniya Sobçak Yekaterinburqda güc strukturları əməkdaşlarının reydi zamanı iki azərbaycanlının ölməsindən sonra Rusiya ilə Azərbaycan arasında qızışan ixtilafı şərh edib.

presstvaz-ın xəbərinə görə, rusiyalı jurnalist və ictimai xadim öz “Telegram” kanalında Azərbaycan mətbuatında mərhumların meyitlərinin yarılması ilə bağlı yayılan görüntülərə diqqət çəkib.

Halbuki Rusiyanın İstintaq Komitəsi Səfərov qardaşlarından birinin ölüm səbəbi kimi ürək çatışmazlığını göstərir.

Sobçak vurğulayıb ki, şəxs şübhəli olsa belə, onun günahı məhkəmədə sübuta yetirilməlidir və bu, işgəncələrə bəraət qazandıra bilməz:

“Onların hansı millətdən olmasının, hansı vətəndaşlığa sahib olmasının və ya nədə şübhəli bilinmələrinin fərqi yoxdur”.

Sobçakın sözlərinə görə, hüquq-mühafizə orqanlarının ayrı-ayrı əməkdaşlarının hərəkətləri beynəlxalq qalmaqala gətirib çıxarıb:

“Və sonra təəccüblənəcəyik ki, niyə bizi “orada” bəyənmirlər, bizi gözləmirlər və niyə bizi saxlayırlar. Bütün bunlar ona görədir ki, kimsə öz cəzasızlığına həddindən artıq inanıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv