XİN rəsmisi: “ECO üzvlərinin ümumi planları ilə bağlı 25-ə yaxın sənəd mövcuddur”

XİN rəsmisi: “ECO üzvlərinin ümumi planları ilə bağlı 25-ə yaxın sənəd mövcuddur”






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #COP29, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ECO üzvlərinin ümumi planları ilə bağlı 25-ə yaxın sənəd mövcuddur”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən “Yüksəksəviyyəli Perspektivlər: “Regional inkişafda gənclərin rolu” mövzusunda panel müzakirəsində deyib.

O qeyd edib ki, bu sənədlər hazırda hökumətlərarası prosedurlardan keçir:

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda yaşıl zonalar yaradılır, iqtisadiyyat dirçəldilir. Burada azad iqtisadi zonalar yaradılacaq. Gənclərin də bu prosesdə iştirakı arzuediləndir”.

E.Məmmədov ötən il Azərbaycanda keçirilən COP29 tədbirləri haqqında da danışıb:

“Ticarət investisiyası və iqlim maliyyəsi – bu iki sahə ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə bir araya gətirildi, ECO üzvləri də bu təşəbbüsə əsaslanan sənədi imzalayıblar. İqlim dayanıqlılığına dəstək çərçivəsində digər ölkələrin da bu təşəbbüsü dəstəkləyəcəklərini düşünürük”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv