Hər saat təxminən 100 nəfər tənhalığa görə ölür – ÜST-dən xəbərdarlıq

Hər saat təxminən 100 nəfər tənhalığa görə ölür – ÜST-dən xəbərdarlıq






presstv

"Presstv"az #Araşdırma, #Depressiya, #diabet, #Təhsil, #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tənhalıqla əlaqəli səbəblərdən dünyada hər saat təxminən 100 nəfər həyatını itirir. Bu isə illik 871 min ölüm deməkdir.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığın insan sağlamlığına təsiri ilə bağlı narahatedici hesabat yayımlayıb.

Araşdırmalara əsasən, Yer kürəsinin hər altıncı sakini tənhalıqdan əziyyət çəkir. 13-29 yaş arası gənclər arasında bu göstərici 17-21% təşkil edir. Aşağıgəlirli ölkələrdə isə vəziyyət daha da ağırdır. Bu ölkələrdə əhalinin 24%-i özünü tənha hiss edir.

Mütəxəssislər bildirirlər ki, sosial əlaqələr sağlamlığa müsbət təsir göstərir – ürək-damar xəstəlikləri, insult, diabet və depressiya riskini azaldır, psixoloji durumu sabitləşdirir və ömür uzunluğunu artırır. Tənhalıq isə bu xəstəliklərin inkişaf ehtimalını ikiqat artırır.

Tənhalığın iqtisadi təsirləri də var. Sosial təcriddən əziyyət çəkən yeniyetmələr 22% daha çox təhsil çətinliyi yaşayırlar. Yetkin insanlar isə iş tapmaqda və onu saxlamaqda çətinlik çəkirlər, zamanla gəlirləri azalır.

ÜST ölkələri təcili olaraq sosial əlaqələrin möhkəmləndirilməsini ictimai səhiyyə üçün prioritet məsələ kimi tanımağa çağırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv