Dondurma insanı kökəldir?

Dondurma insanı kökəldir?






presstv

"Presstv"az #Dondurma, #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyalı həkim endokrinoloq və diyetoloq Darya Abaxina dondurmanın insanı kökəldə biləcəyi fikrinin yanlış olduğunu bildirib.

presstvaz xəbər verir ki, o, “Rossiya 1” telekanalının verilişində bu məhsulun zərəri ilə bağlı məşhur mifi puça çıxarıb.

“Dondurma praktiki olaraq havadan hazırlanır. Bunu bilirdinizmi? Dondurma istehsalı prosesində frizləmə adlanan mərhələ var, bu zaman bütün komponentlərin qarışığı hava ilə doyurulur və eyni vaxtda soyudulur”, – deyə o vurğulayıb.

Verilişin aparıcısı diyetoloqdan soruşub ki, bu, dondurmanın kökəltmədiyi anlamına gəlirmi? Mütəxəssis onun sualını müsbət cavablandırıb.

Onun sözlərinə görə, gündə bir vafli qabda plombir dondurması yemək olar. Abaxina izah edib ki, belə dondurmanın tərkibində cəmi 200-250 kilokalori var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv