Azərbaycanın azad edilmiş daha bir neçə kəndinə köç baş tutacaq

Azərbaycanın azad edilmiş daha bir neçə kəndinə köç baş tutacaq






presstv

"Presstv"az #Azərbaycan, #Məcburi köçkün, #Quba, #Qubadlı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın azad edilmiş daha bir neçə kəndinə köç baş tutacaq.

Trend-in məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində bununla bağlı müvafiq işlərə start verilib.

Belə ki, Laçın şəhərinə 40 nəfər, Qubadlı rayonunun Zilanlı kəndinə 193 nəfər, Qubadlı rayonunun Mahruzlu kəndinə 190 nəfər, Ağdərə rayonunun Həsənriz kəndinə 98 nəfər, Tərtər rayonunun Umudlu kəndinə 116 nəfər və Xocavənd rayonunun Xocavənd kəndinə 50 nəfər keçmiş məcburi köçkün köçürüləcək.

Dövlət Komitəsi sakinlərin dədə-baba yurdlarına geri qaytarılması ilə bağlı daşınma işlərini "166 Global Logistics" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, sözügedən şirkətə 638 875 manat ödənilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv