Rusiyanın azərbaycanlılara qarşı qeyri-insani rəftarı: Məqsəd nədir?

Rusiyanın azərbaycanlılara qarşı qeyri-insani rəftarı: Məqsəd nədir?






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Hadisə, #Rusiya, #Rusiyada miqrantlar, #təyyarə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı aparılan əməliyyatda qeyri-insani zorakılıq halları müşahidə olunub.

Rus Federal Təhlükəsizlik Xidməti (FSB) fevralın 27-də səhər tezdən azərbaycanlıların yaşadığı mənzillərə basqın edib. Nəticədə, 9 nəfər saxlanılıb, 2 azərbaycanlı – Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, daha bir neçə şəxs ağır xəsarət alıb. Hadisə Azərbaycanda haqlı narazılıq yaradıb.

presstvaz Xəzər TV-yə istinadla xəbər verir ki, hüquqşünas və siyasətçi ekspertlərin sözlərinə görə, bu hücumlar Rusiya daxilində miqrantlara və müsəlmanlara qarşı mövcud olan şovinizm və diskriminasiya siyasətinin nəticəsidir. Üstəlik, Rusiyada miqrantlara və müsəlmanlara qarşı aparılan siyasətin artıq repressiya mərhələsinə keçdiyi vurğulanır.

Politoloq Tural İsmayılov qeyd edir ki, bu, son bir ildə azərbaycanlılara qarşı Rusiyada baş verən ilk insident deyil. 2024-cü ilin dekabrında Azərbaycan sərnişin təyyarəsinin vurulması ilə bağlı da Rusiyanın adekvat reaksiyası olmayıb, hüquq-mühafizə orqanlarının susqunluğu narazılığı artırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hazırladığı bəyanatda Yekaterinburq reydi ilə bağlı “təxirəsalınmaz araşdırma aparılmasını və günahkarların cəzalandırılmasını” tələb edib. Həmin gün Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırılıb.

Rusiyanın XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, əməliyyat əvvəllər törədilmiş cinayətlərlə bağlı istintaq çərçivəsində həyata keçirilib və bu işlə bağlı məlumatları Rusiyanın Araşdırmalar Komitəsi yaxın günlərdə açıqlayacaq.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv