Ter Ştegen “Barselona” qarşısında ultimatum qoydu

Ter Ştegen “Barselona” qarşısında ultimatum qoydu






presstv

"Presstv"az #İspaniya, #Məzuniyyət

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen rəhbərlik qarşısında geri addım atmaq niyyətində deyil. 33 yaşlı alman ya karyerasını klubda davam etdirmək, ya da müqavilə pozulacağı təqdirdə tam təzminat almaq istəyir.

presstvaz bu barədə sport.es-ə istinadla xəbər verir.

Bildirilir ki, Ter Ştegen klubdan sızan və onun peşəkarlığını şübhə altına alan məlumatlara görə özünü xəyanətə uğramış hesab edir. O, məzuniyyətdən sonra komandaya qayıdaraq mövsümöncəsi hazırlıqlarda iştirak etmək niyyətindədir. Qolkiper yeni transfer – Joan Qarsiyaya qarşı əsas heyət uğrunda mübarizəni udacağına əmindir.

Bundan əvvəl İspaniya mətbuatı yazırdı ki, “Barselona” Mark-Andre ter Ştegenlə olan müqaviləni pozmaq istəyir, lakin ona yalnız bir mövsümlük maaş ödəməyi planlaşdırır. Halbuki müqaviləyə əsasən, Ter Ştegenin hələ üç illik maaş almaq hüququ var.

Ter Ştegenin “Barselona” ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv