ABŞ prezidenti Çinə səfər etməyə hazırlaşır

ABŞ prezidenti Çinə səfər etməyə hazırlaşır






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Çin, #Çin Xalq Respublikası, #Donald Tramp, #Si Cinpin, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin sonunda Çinə rəsmi səfər edəcəyi gözlənilir.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Nikkei Asia” nəşri məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Trampı onlarla iri şirkətin rəhbərindən ibarət biznes nümayəndə heyəti müşayiət edəcək.

Qeyd olunub ki, səfərin formatı ABŞ prezidentinin bu ilin mayında Yaxın Şərq ölkələrinə etdiyi səfərlə oxşar olacaq.

“ABŞ rəsmiləri Trampın ilin sonunda Çin Xalq Respublikasına səfəri ilə bağlı planlar hazırlayırlar. Səfərdə Ağ Ev rəhbərini onlarla şirkətin icraçı direktoru müşayiət edəcək”, – deyə materialda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Çin Sədri Si Cinpinə ABŞ-yə səfərlə bağlı rəsmi dəvət göndərmişdi. Çin lideri də eyni addımı ataraq Trampı Çinə dəvət etmişdi. Öz növbəsində ABŞ Prezidenti Tramp dəvəti qəbul etdiyini və “uyğun bir vaxtda” səfəri həyata keçirəcəyini bildirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv