Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Fəxri xiyaban, #Lənkəran, #Milli Mətbuat, #Orta məktəb, #Təhsil, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Azərbaycan milli mətbuatının əsasını qoymuş, maarifçi və ziyalı Həsən bəy Zərdabinin anadan olmasından 188 il ötür.

presstvaz xatırladır ki, Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində dünyaya gəlib. O, ilk təhsilini mollaxanada alıb, orta məktəbi Tiflisdə bitirib. Daha sonra Moskva Universitetinə qəbul olunaraq təbiət elmləri üzrə ixtisaslaşıb.

1869-cu ildən etibarən Bakı şəhərində rusdilli orta məktəbdə təbiətşünaslıq fənnini tədris edən Həsən bəy Zərdabi maarifçilik və mədəni həyatın inkişafı üçün fəal çalışıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovla birlikdə Mirzə Fətəli Axundzadənin “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyalarını səhnəyə qoyaraq Azərbaycan teatrının formalaşmasında mühüm rol oynayıb.

1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin yaradılmasında da yaxından iştirak edib.

Zərdabinin ən böyük tarixi xidməti isə 1875-ci il iyulun 22-də Azərbaycan dilində ilk milli qəzet olan “Əkinçi”nin nəşrə başlaması olub. Sadə xalqın maariflənməsinə xidmət edən bu qəzet cəmi iki il fəaliyyət göstərə bilib və 1877-ci il sentyabrın 29-da çapı dayandırılıb.

O, həmçinin 1880-1890-cı illərdə o, “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” kimi dövrün nüfuzlu qəzetlərində Azərbaycan və rus dillərində elmi-kütləvi məqalələrlə çıxış edib.

Ömrünün son illərində Bakı Şəhər Dumasının maarif şöbəsində çalışıb. Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edib və Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Onun məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.

Bu gün Azərbaycan Təbiət Tarixi Muzeyi və Gəncə Pedaqoji İnstitutu böyük maarifçinin adını daşıyır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv