Dünyada bir ilk: Danimarka vətəndaşlarının görünüşü və səsi əqli mülkiyyət kimi tanınacaq

Dünyada bir ilk: Danimarka vətəndaşlarının görünüşü və səsi əqli mülkiyyət kimi tanınacaq






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa Komissiyası, #Danimarka, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Danimarka “dipfeyk” (süni intellektin köməyi ilə yaradılmış foto, audio və videomaterialların real şəkildə əvəzlənməsi) problemini kökündən həll etmək qərarına gəlib. Ölkə hökuməti dünyada ilk dəfə olaraq hər bir vətəndaşın üzünü, səsini, hətta davranış tərzini onun şəxsi əqli mülkiyyəti kimi tanımağı təklif edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Guardian” nəşri məlumat verib.

Əgər şəxsin rəqəmsal surəti – istər üz, istər səs, istərsə də davranış – neyron şəbəkələrdən istifadə edilməklə yenidən yaradılıbsa və razılıq olmadan internetdə dərc olunubsa, belə “dipfeyk”in müəllifi materialı silmək məcburiyyətində qalacaq. Bundan əlavə, zərərçəkmiş təzminat ala biləcək. Qanun zarafatlara və parodiyalara şamil edilməyəcək.

Parlament ideyanı demək olar ki, yekdilliklə dəstəkləyib. Qanun layihəsinin rəsmi olaraq payızda təqdim ediləcəyi gözlənilir. Danimarka səlahiyyətliləri onlayn platformalara xəbərdarlıq ediblər: yeni qaydalara məhəl qoymamaq mümkün olmayacaq. Qanun pozuntuları böyük cərimələrlə nəticələnəcək. Problemlər davam edərsə, iş Avropa Komissiyasına verilə bilər.

Rəsmi Kopenhagen Danimarkanın digər Avropa ölkələri üçün nümunə olacağına ümid edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv