Erməni arxiyepiskop Mikael Adjapaxyan həbs olundu

Erməni arxiyepiskop Mikael Adjapaxyan həbs olundu






presstv

"Presstv"az #Ermənistan, #Hakim, #İrəvan, #Konya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şirak yeparxiyasının rəhbəri, Erməni Apostol Kilsəsinin (EAK) arxiyepiskopu Mikael Adjapaxyan İrəvanın birinci instansiya məhkəməsinin hakimi Masis Melkonyanın qərarı ilə həbs edilib.

presstvaz-ın “Sputnik Ermənistan”a istinadla verdiyi məlumata görə, bu barədə onun vəkili Ara Zohrabyan xəbər verib.

Onun sözlərinə görə, Mikael Adjapaxyan iki aylıq müddətə həbs olunub.

Lakin müdafiə tərəfi məhkəmənin bu qərarını qanunsuz adlandıraraq, ona qarşı apellyasiya şikayəti vermək niyyətindədir.

İlkin məlumata görə, Şirak yeparxiyasının rəhbəri “Nubaraşen” cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Xatırladaq ki, iyunun 27-si Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları arxiyepiskop Mikael Adjapaxyanı bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahında həbs etməyə cəhd göstəriblər. Lakin kilsə xidmətçiləri və dindarlar müqavimət göstərərək, hüquq-mühafizə orqanlarının həbs aparmasına imkan verməyiblər. Daha sonra arxiyepiskop iqamətgahı tərk edərək İrəvana yollanıb və istintaq komitəsinə getməyə hazır olduğunu bəyan edib.

Ona hakimiyyəti devirməyə açıq çağırışlar etmək ittihamı irəli sürülüb. Lakin Adjapaxyan bu ittihamı saxta adlandırıb.

Xatırladaq ki, bu, son iki gündə həbs edilən ikinci arxiyepiskopdur. Bundan əvvəl isə yepiskop Baqrat Qalstanyan haqqında həbs qətimkan tədbiri seçilmişdi.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv