IQ səviyyəsi yüksək insanlar “gələcəyi görə” bilirlər

IQ səviyyəsi yüksək insanlar “gələcəyi görə” bilirlər






presstv

"Presstv"az #Araşdırma, #Böyük Britaniy, #Böyük Britaniya, #Hadisə, #İngiltərə, #Sağlamlıq, #Təhsil, #Uzunömürlülük

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yüksək IQ səviyyəsinə malik insanlar gələcəyi “görə” bilirlər – onlar daha dəqiq proqnozlar verib, daha yaxşı qərarlar qəbul edirlər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə Bata Universitetinin Menecment Məktəbinin tədqiqatçıları bəyan ediblər. Onların araşdırmalarının nəticələri “Journal of Personality and Social Psychology” jurnalında dərc olunub.

Tədqiqatda İngiltərədə yaşlı insanlarla aparılmış sorğunun nəticələri analiz olunub. İştirakçılardan müəyyən yaşa çatma ehtimalını qiymətləndirmələri xahiş edilib. Sonra onların proqnozları Böyük Britaniyanın Milli Statistika Xidmətinin həyat müddəti gözləntiləri ilə müqayisə edilib. Sağlamlıq, həyat tərzi və genetik uzunömürlülük meyarları da nəzərə alınıb.

Nəticə göstərib ki, ən aşağı IQ səviyyəsində olan insanlar (alt 2.5%) proqnozlarda yuxarı 2.5% qrupdakılardan iki dəfədən çox səhv ediblər. Yüksəkintellektli iştirakçılar isə daha dəqiq və sabit qiymətləndirmələr veriblər.

“Demək olar ki, hər qərar ehtimal qiymətləndirməsi tələb edir – biznes açmaq, investisiya etmək, yolu keçmək, ya da həyat yoldaşı seçmək kimi. Yüksək IQ-lu insanlar baş verə biləcək hadisələri daha yaxşı qiymətləndirirlər və bu, onlara böyük üstünlük verir”, – deyə məqalədə vurğulanıb.

Tədqiqat, həmçinin intellekt və təhsil uğurları ilə əlaqəli genetik markerlərlə dəqiq proqnoz vermək qabiliyyəti arasında əlaqə aşkar edib. Bu, koqnitiv bacarıqların qəbul edilən qərarların keyfiyyətinə birbaşa təsir etdiyini göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv