İdman və omeqa-3 diş kökü iltihabını azalda bilər – TƏDQİQAT

İdman və omeqa-3 diş kökü iltihabını azalda bilər – TƏDQİQAT






presstv

"Presstv"az #Araşdırma, #Braziliya, #diabet

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Scientific Reports" jurnalında dərc edilən yeni tədqiqat fiziki fəaliyyət və omeqa-3 yağ turşularının birləşmiş təsirinin xroniki apikal periodontitin şiddətini əhəmiyyətli dərəcədə azalda biləcəyini ortaya qoyur.

AZƏRTAC "MedicalXpress" portalına istinadla xəbər verir ki, Braziliyanın Sao Paulo Dövlət Universitetində (FOA-UNESP) aparılan bu araşdırma immun sistemin gücləndirilməsi və iltihab reaksiyasının tənzimlənməsi baxımından bu iki faktorun sinerji təsirini vurğulayır.

Apikal periodontit, yəni diş kökünün uc hissəsində və ətraf toxumalarda baş verən iltihabi proses çox vaxt kariyesin irəliləməsi nəticəsində meydana çıxır. Müalicə olunmadıqda infeksiya kök kanalına yayılaraq sümük toxumasının dağılmasına və nəticədə diş itkisinə səbəb ola bilər. Xəstəlik, eyni zamanda, şəkərli diabet, metabolik sindrom, ateroskleroz və böyrək xəstəlikləri kimi sistemik patologiyalarla qarşılıqlı əlaqə içində inkişaf edə bilər.

Araşdırma çərçivəsində apikal periodontit induksiya edilən 30 siçovul üç qrupa ayrılıb. Birinci qrup nəzarət kimi istifadə olunaraq heç bir müdaxilə almayıb. İkinci qrup 30 gün ərzində gündəlik üzgüçülük proqramına cəlb edilib. Üçüncü qrupa isə həm üzgüçülük, həm də omeqa-3 yağ turşusu əlavəsi tətbiq olunub.

İmmunohistokimyəvi analizlər nəticəsində üzgüçülük və omeqa-3 əlavəsi qəbul edən siçovullarda iltihab göstəriciləri interleykin 17 (IL-17) və şiş nekroz faktoru alfa (TNF-α) – əhəmiyyətli dərəcədə aşağı səviyyədə müşahidə olunub. Bundan əlavə, sümük toxumasını dağıdan osteoklastların sayı da bu qrupda az olub. Mikrokompüter tomoqrafiyası nəticələri isə dişləri əhatə edən alveolyar sümük həcminin bu qrupda daha yaxşı qorunduğunu göstərib.

Tədqiqatın aparıcı müəllifi Ana Paula Fernandes Ribeiro qeyd edir ki, fiziki məşq təkbaşına belə immun cavabda müsbət dəyişikliklər yaradır. Lakin omeqa-3 ilə birləşdirildikdə, bu təsir daha da güclənir. Tədqiqatın elmi rəhbəri professor Rogerio de Castilho isə bu yanaşmanın gələcəkdə klinik praktikaya inteqrasiya olunmasının mümkünlüyünü istisna etmir.

Müəlliflər qeyd edir ki, insanlarda da eyni təsirin əldə edilib-edilməyəcəyini müəyyənləşdirmək üçün genişmiqyaslı klinik araşdırmalara ehtiyac var. Bununla belə, artıq məlum olan fizioloji faydaları nəzərə alındıqda fiziki aktivlik və omeqa-3 qəbulu ağız sağlamlığının qorunmasında da mühüm rol oynaya bilər.

Bu tədqiqat idman və omeqa-3 əlavəsinin təkcə sistemik sağlamlığa deyil, həm də oral infeksiyaların qarşısının alınmasına dair yeni sübutlar təqdim edir və bu yanaşmanın gələcəkdə diş müalicəsində tamamlayıcı terapiya kimi istifadə oluna biləcəyini göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv