Yay gələn kimi ağcaqanad dərdi də gəlir

Yay gələn kimi ağcaqanad dərdi də gəlir






presstv

"Presstv"az #Allergiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yay aylarında ağcaqanadların olması insanları narahat edir.

Xüsusilə, allergiyası olan insanlar bu kimi həşəratların onları dişləməsindən narahatdır. 

Çünki  bəzi heyvanlar insan üçün təhlükəlidir və ölümə səbəb olur. 

presstvaz xəbər verir ki, pediatr Mətanət Əliyevə hit.az-a deyib ki, ağcaqanad dişləməsinə qarşı daha çox uşaqlar həssas olurlar, çünki dəriləri daha incədir. Ağcaqanad dişləyəndə allergiya əleyhinə xüsusi mazlardan istifadə etmək olar ki, qızartı və şişkinlik tez bir zamanda sağalsın:

"Ağcaqanad, milçək – ən çox qan sovuran həşəratlar hesab edilir. Ən təhlükəlisi malyariya və digər xəstəlikləri daşıya bilən ağcaqanad dişləmələridir. Bu həşəratların dişləməsi zamanı həmin yerdə şişkinlik yaranır, qaşınma, yanma hissi və qızartı görünür. Həssaslıq artdıqca dərinin digər yerlərində səpkilər və qaşınmalar şəklində allergik reaksiyalar verir.Bir çoxları əhəmiyyət vermədən həmin yeri qaşıyır. Lakin qaşınmamalı, əvəzində spirt, soda ilə yuyulmalıdır. Onu da deyim ki, ağcaqanad dişləyəndə çox həssas orqanizmlərdə  aşırı reaksiyalar görə bilirik. Dişlədiyi yer bərkiyir, qızarır, şişir, hətta infeksiya yaradır. Bu zaman yerli olaraq hidrokortizon məlhəm və fenistil gel istifadə edilməlidir".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv