Azərbaycanda beş nəfər 60 kiloqram narkotiklə tutuldu – ANBAAN GÖRÜNTÜLƏR

Azərbaycanda beş nəfər 60 kiloqram narkotiklə tutuldu – ANBAAN GÖRÜNTÜLƏR






presstv

"Presstv"az #Azərbaycan, #Baş Narkotiklərlə Mübarizə İdarəsi, #Çin, #Cinayət işi, #İran, #Məhkum, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan ərazisində beş nəfər 60 kiloqram narkotiklə tutulub.

presstvaz bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadla xəbər verir.

Məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında paytaxtın Sabunçu, Yasamal və Yevlax rayonlarında keçirilən əməliyyatlarla əvvəllər məhkum olunmuş 59 yaşlı Şəhla Kərimovanı, onunla əlbir olan 31 yaşlı Əbəlfəz Şərifovu, 37 yaşlı Babək Talıbovu, 29 yaşlı Eyvaz Məmmədovu və 43 yaşlı Çingiz İsmayılovu saxlayıblar. Onlardan 60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, elektron tərəzilər və bank kartları aşkarlanıb.

Həmin şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv