Messinin ən ekzotik avtomobilləri: İlk 7-lik

Messinin ən ekzotik avtomobilləri: İlk 7-lik






presstv

"Presstv"az #Almaniya, #Argentina, #Audi, #Avto, #avtomobillər, #Dollar, #Ferrari, #Futbol, #Hərrac, #Hindistan, #İtaliya, #Kriştianu Ronaldu, #Lionel Messi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Karyerasında böyük uğurlarından əlavə, məşhur hücumçu Lionel Messi ekzotik avtomobillərə olan həvəsi ilə də tanınır. O, həqiqətən unikal avtomobil kolleksiyasına malikdir ki, onlardan bəziləri sərvət dəyərindədir.

“GranTurismo MC Stradale”

Argentinalıların sevimli avtomobillərindən biri “Maserati GranTurismo MC Stradale” idman avtomobili olub. Bu avtomobil ilə təxminən 50 min km yol qət edən Messi 2017-ci ildə onu 120 min avroya satışa çıxarıb.

“Ferrari F430 Spider”

Bu İtaliya sportkarı ilə isə Messi vidalaşmaq istəməyib – “Ferrari F430 Spider” rodsteri hələ də futbolçunun qarajındadır.

“Pagani Zonda Cinque Roadster”

“Pagani Zonda Cinque Roadster” Lionel Messinin kolleksiyasındakı ən nadir, ən bahalı və ekstremal avtomobillərdən biridir. Hər birinin qiyməti 1,8 milyon avro olan bu superkarlardan cəmi 5 ədəd istehsal edilib.

“Ferrari 335 S Spider Scaglietti”

Futbolçunun qarajındakı əsl “mirvari”dir – 1957-ci ildə istehsal olunmuş “Ferrari 335 S Spider Scaglietti”nin sükanı arxasında əfsanəvi britaniyalı pilot Stirlinq Moss əyləşib. Messi nadir avtomobil üçün inanılmaz – 32 milyon avro ödəyib. Şayiələrə görə, o, hərracda əzəli rəqibi Kriştianu Ronaldunu üstələyib.

“Mercedes-Benz SLS AMG”

“Mercedes-Benz SLS AMG” Messinin kolleksiyasındakı başqa bir ekzotikadır və Almaniya avtomobil istehsalçısının tarixində ən uğurlu və gözəl avtomobillərdən biri hesab olunur.

“Audi RS6 Avant Performance”

Argentinalının qarajında ​​xüsusi yeri Barselonaya sponsorluq edən və reklam müqaviləsi çərçivəsində Kataloniya oyunçularını öz avtomobilləri ilə təmin edən “Audi” brendinin avtomobilləri tutub. Müxtəlif vaxtlarda Messi “R8” superkarı və “Q8” krossoveri kimi avtomobilləri idarə edib. 2018-ci ildə isə futbolçu “Audi RS6 Avant Performance” universalını idarə edib.

“Tata Tiago”

Kiçik hetçbek olan “Tata Tiago” karyerası ərzində 1 milyard dollardan çox qazanan görkəmli futbolçunun idarə etdiyi bəlkə də ən ucuz avtomobildir. Məsələ burasındadır ki, Messi 2016-cı ildə büdcəli Hindistan brendinin rəsmi səfiri olub və 1,2 litrlik 84 at gücünə malik benzin mühərrikli kiçik avtomobilin reklamında rol alıb. Təəccüblü deyil ki, bu reklamdan sonra satışlar dərhal yüksəlib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv