Qərbi Azərbaycan Xronikası: “Vikinqlər Azərbaycan ərazisindən köçən prototürklərin davamçılarıdır”

Qərbi Azərbaycan Xronikası: “Vikinqlər Azərbaycan ərazisindən köçən prototürklərin davamçılarıdır”






presstv

"Presstv"az #Araşdırma, #Avropa, #Azərbaycan, #Deportasiya, #Ermənistan, #Gəmi, #İlham Əliyev, #Kitab, #Norveç, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “E.ə VIII əsr etrusk yazıları türkcədir” adlı veriliş hazırlanıb.

Verilişdə tarix elmləri doktoru, professor Abbas Seyidov vikinqlərdən danışıb.

O bildirib ki, vikinqlər Azərbaycan ərazisindən gələn prototürklərin davamçılarıdırlar: “Norveçlilərin əsli Azırbaycandan olan prototürklərdir. Prototürklər Avropanın ən şimal ölkələrinə qədər yayılıblar”.

Onun sözlərinə görə, e.ə VIII əsrdə etrusk yazıları türkcədir və Avropa alimlərinin “mənşəyi bəlli deyil” dedikləri tayfaların hamısı türklərdir.

Tarixçi deyib ki, Qobustan və Gəmiqaya təsvirləri arasında 400 qədim söz oxunub: “Qərbi Azərbaycandakı kilsələrdəki qədim dua kitabları qıpçaq dilindədir. Qərbi Azərbaycanda olan xristian abidələrinin duaları qıpçaqca yazılıb. Ermənilər bilmədən kilsədə duanı türkcə edirlər”.

A.Seyidov vurğulayıb ki, Sakit okeandan Atlantikə qədər qədim türklərin saz təsvirləri tapılır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv