“Ən-Nəsr” Stefano Piolinin istefaya göndərildiyini açıqladı

“Ən-Nəsr” Stefano Piolinin istefaya göndərildiyini açıqladı






presstv

"Presstv"az #İtaliya, #Milan, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu baş məşqçi Stefano Piolinin istefaya göndərildiyini açıqlayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə klub “X” hesabında paylaşım edib.

Komandanın mətbuat xidməti italiyalı mütəxəssisə əməkdaşlığa görə təşəkkür edib.

“Ən-Nəsr” klubu elan edir ki, cənab Pioli və onun əməkdaşları artıq birinci komandanın mövcud məşqçi heyətinin tərkib hissəsi deyillər.

Biz cənab Pioli və onun əməkdaşlarına ötən mövsüm ərzində göstərdikləri fədakar iş üçün təşəkkür etmək istərdik”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, daha əvvəl Stefano Piolinin “Ən-Nəsr”dən ayrıldıqdan sonra “Fiorentina”ya rəhbərlik edəcəyi bildirilirdi. Mütəxəssis, hətta İtaliya klubu üçün ilk transfer hədəfinə – bosniyalı hücumçu Edin Cekoya da qərar verib.

Xatırladaq ki, “Ən-Nasr” Piolinin rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə üçüncü yeri tutub. İtalyan mütəxəssis komandaya 2024-cü ilin sentyabrında başçılıq edib. Əvvəllər Stefano Pioli “Bolonya”, “Latsio”, “İnter”, “Fiorentina” və “Milan”da çalışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv