Ballak “Qalatasaray”ı seçdiyi üçün Leroy Saneni SƏRT TƏNQİD ETDİ

Ballak “Qalatasaray”ı seçdiyi üçün Leroy Saneni SƏRT TƏNQİD ETDİ






presstv

"Presstv"az #Almaniya, #Bavariya, #Futbol, #Leroy Sane, #Qalatasaray, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qalatasaray”ın “Bavariya”nın ulduz futbolçusu Leroy Saneni transfer etməsi alman futbol ictimaiyyətində geniş rezonans doğurub.

presstvaz-ın “Ajansspor”a istinadla verdiyi məlumata görə, mövzu ilə bağlı Almaniya millisinin sabiq futbolçusu Mixael Ballak milli üzvünün ünvanına sərt tənqidlər səsləndirib.

O, Sanenin “Qalatasaray”a keçid qərarını düzgün hesab etmədiyini bildirib:

“Leroy Sanenin “Qalatasaray”a transferi onun karyerası baxımından mənfi addımdır. O, çox yaxşı yaşdadır və hələ də ən yüksək səviyyəli klublarda oynaya biləcək durumdadır. Kaş ki, Türkiyə əvəzinə daha güclü liqalara üz tutardı, fərqli bir istiqamət seçərdi”.

Ballak Sanenin oyun performansına da toxunaraq onun çatışmazlıqlarını da qeyd edib:

“O, möhtəşəm istedada malikdir, lakin onu dünya səviyyəsinə çatdıracaq əsas xüsusiyyətlər – diqqət, xarakter, işinə ciddi yanaşma hələ də çatışmır, məsuliyyətlə qərar vermə bacarığı yoxdur. Bir neçə dəfə komandasına qələbə qazandıracaq qolları vura bilmədi. O, hər şeyə sahib bir oyunçudur – sürət, texniki zəka, zamanlama, əla sol ayaq. Amma elə bir Sane də var ki, bəzən maraqsız, bəzən yönsüz görünür. Ola bilsin ki, bunu bilərək etmir, amma oyuna təsir edir”, – deyə sabiq futbolçu qeyd edib.

Sonda Ballak, Sanenin “Bavariya”dan ayrılmasının səbəbini də açıqlayıb:

“Bavariya” ona yeni müqavilə təklif etdi, lakin bu dəfə daha aşağı maaşla. Klub artıq onu bəzi digər oyunçular qədər yüksək səviyyəli hesab etmirdi. Sane isə bunu qəbul etmək istəmədi və fərqli qərar verdi”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv