ABŞ-nin İranın nüvə obyektlərinə dəyən ziyanla bağlı dəqiq məlumatı yoxdur

ABŞ-nin İranın nüvə obyektlərinə dəyən ziyanla bağlı dəqiq məlumatı yoxdur






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Hakim, #İran, #İsrail, #Münaqişə, #Qətər, #Tehran, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ hakimiyyəti İsrail və ABŞ-nin hücumları nəticəsində İranın nüvə obyektlərinə dəymiş ziyanın real miqyası barədə məlumatlara malik deyil.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat verib.

Qeyd olunur ki, dəymiş ziyanın səviyyəsini qiymətləndirmək kifayət qədər çətin məsələ olacaq. Fordo, Natanz və İsfahandakı obyektlərin vəziyyətini təkcə ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin qiymətləndirməyəcəyi gözlənilir.

Digər mənbədən bildirilib ki, İran nüvə proqramını bərpa etmək imkanı əldə edəcək, hər şey enerji və su təchizatı obyektlərinin qazılması, tikintisi və təmiri üçün nə qədər vaxtın sərf olunacağından asılı olacaq.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İran cavab hücumu həyata keçirib. ABŞ münaqişəyə eskalasiyadan doqquz gün sonra daxil olub: iyunun 22-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran ABŞ-nin Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur və ciddi ziyan dəyməyib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəs barədə razılığa gəldiklərini açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv