Ən çox hansı məhsullar bahalaşıb? – Beşillik statistika

Ən çox hansı məhsullar bahalaşıb? – Beşillik statistika






presstv

"Presstv"az #Bahalaşma, #Dövlət Statistika Komitəsi, #Nəqliyyat, #Qida məhsulları, #Qiymət artımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 5 ildə – yəni 2020-ci ilin may ayı ilə müqayisədə 2025-ci ilin may ayına olan istehlak qiymətlərinin dəyişimi 41.8% təşkil edib.

presstvaz Media Təhlil Mərkəzinə (MTM) istinadən xəbər verir ki, son 5 ilin may aylarında qeydə alınan rəqəmlərə diqqət etsək, ən az qiymət artımı (0.3%) 2024-cü ildə qeydə alınıb.

2025-ci ilin may ayında istehlak qiymətləri 2024-cü ilin may ayına nisbətən 6.3% artıb. Bu da o deməkdir ki, son bir ildə ölkədə inflyasiya 6.3% təşkil edib.

Son 5 il may ayları üzrə ən çox qiymət artımı (13.7%) 2022-ci ildə qeydə alınıb.

Son bir ildə ən yüksək qiymət artımı qida məhsulları üzrə olub. Ötən ilin may ayından 2025-ci ilin may ayına kimi ölkədə qida məhsullarının qiymətində 8.1% artım müşahidə olunub. Xatırladaq ki, 2024-cü ilin may ayında qida məhsullarında qeydə alınan göstərici 2023-cü ilin eyni ayı ilə müqayisədə 1.8% ucuz olub.

Ümumiyyətlə son 5 ildə qida məhsulları üzrə ən yüksək artım 2022-ci ildə qeydə alınıb və bu göstərici 21% təşkil edib.

Son bir ildə qeyri-qida məhsulları üzrə qiymətlər 2.7% artıb. Son 5 ildə ən yüksək qiymət artımı 2023-cü ildə (10.7%), ən az qiymət artımı isə ötən ilin may ayında (1%) olub.

2025-ci ilin may ayına olan göstəricilərə əsasən, ölkədə spirtli içkilərin qiyməti ötən ilin eyni dövrünə nisbətən 3%, tütün məmulatlarının qiyməti isə 2.6% artıb.

Son 5 ildə ölkədə ödənişli xidmətlərin qiymətlərində də hər il artım qeydə alınıb. Daha dəqiq desək, cari ilin may ayına olan göstəriciyə əsasən, ölkədə ödənişli xidmətlərin qiyməti 7.3% artıb. Ödənişli xidmətlərə misal olaraq nəqliyyat, kommunal, rabitə, səhiyyə və s. xidmətlərini göstərmək olar.

Son 5 ildə ölkədə ümumi inflyasiya göstəricisi 41.8% təşkil edib. Rəsmi statistikaya əsasən, bu dövrdə qiymət artımı müxtəlif kateqoriyalar üzrə fərqli səviyyələrdə müşahidə olunub.

Ən yüksək qiymət artımı qida məhsulları üzrə qeydə alınıb. Belə ki, 2020-ci ilin may ayından 2025-ci ilin may ayınadək qida məhsullarının qiymətlərində ümumilikdə 52.5%-lik artım baş verib.

Hesabat dövründə qeyri-qida məhsulları üzrə qiymət indeksləri 28.4% yüksəlib. Eyni dövr ərzində spirtli içkilərin qiyməti 18.5%, tütün məmulatlarının qiyməti isə 36.8% artıb.

Son 5 ildə ödənişli xidmətlər üzrə də nəzərəçarpacaq bahalaşma müşahidə olunub. Bu sahədə qiymətlər 40.1% artım göstərib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv