Qətər MN: “İranın zərbəsi nəticəsində ölən və yaralanan yoxdur”

Qətər MN: “İranın zərbəsi nəticəsində ölən və yaralanan yoxdur”






presstv

"Presstv"az #ABŞ, #Hərbi Hava Qüvvələri, #İran, #İraq, #İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), #Qətər, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın Qətərdəki ABŞ bazasına hücumu hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla dəf edilib.

presstvaz xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində ölən və xəsarət alan olmayıb.

“The New York Times”ın məlumatına görə, İran itkiləri minimuma endirmək üçün ABŞ bazasına qarşıdan gələn hücumla bağlı Qətəri öncədən xəbərdar edib. Bildirilir ki, İran faktiki olaraq boş hərbi bazaya zərbələr endirib.

İranın Milli Təhlükəsizlik Şurası ABŞ-nin Qətərdəki bazasına zərbələr fonunda bəyanat yayıb.

Bəyanata əsasən, ABŞ-nin təcavüzünə qarşı raket cavabı tarazlığı bərpa etmək məqsədilə həyata keçirilib və atılan raketlərin sayı ABŞ tərəfinin İranın nüvə obyektlərinə zərbələr endirərkən istifadə etdiyi bombaların sayına uyğun olub.

Zərbə yaşayış məntəqələrindən uzaq ərazilərə endirilib və dost Qətər əhalisi üçün təhlükə yaratmayıb.

Bəyanatda həmçinin İranın Qətərlə isti və tarixi münasibətləri saxlamaq və inkişaf etdirmək öhdəliyi vurğulanır.

21:14

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Bəşərat əl-Fəth” hərbi əməliyyatının başa çatdığını və Qətərdəki Əl-Udeyd aviabazasına “güclü və dağıdıcı” raket zərbəsi endirdiyini elan edib.

presstvaz xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi bəyanatında deyilir.

“Biz İslam İranının düşmənlərinə xəbərdarlıq edirik – döyüş bitdi”, – SEPAH qeyd edib.

21:00

İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb.

presstvaz xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Eyni zamanda, ABŞ-nin İraqdakı bazaları da hədəfdədir.

Bildirilir ki, Doha səmasında hava hücumundan müdafiə sistemləri işə düşüb.

İranın dövlət televiziyası xəbəri təsdiqləyərək qeyd edib ki, İran Qətərdəki ABŞ bazalarına qarşı “Bəşarat əl-Fəth” əməliyyatına başlayıb.

Qeyd olunur ki, zərbə ABŞ Koalisiyasının Hava Əməliyyatları Mərkəzinin yerləşdiyi Əl-Udeyd Hərbi Hava Qüvvələri bazasına endirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv