Azərbaycan nümayəndə heyəti 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində iştirak edib

Azərbaycan nümayəndə heyəti 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində iştirak edib






presstv

"Presstv"az #Audi, #Audiovizual Şura, #Azərbaycan, #Baş redaktor, #Çin, #Çin Xalq Respublikası, #Şanxay

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyunun 23-də Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən və televiziya sahəsində beynəlxalq əhəmiyyət daşıyan 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində iştirak edib.

presstvaz xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Festival televiziya və media sahəsində yaradıcı ideyaların, beynəlxalq əməkdaşlığın və innovativ trendlərin müzakirə olunduğu mühüm platforma kimi qiymətləndirilir. 1986-cı ildən keçirilən və bu il 30-cu yubileyini qeyd edən Şanxay Televiziya Festivalı Şərqi Asiyada keçirilən ilk televiziya festivalı olmaqla yanaşı, qitənin ən nüfuzlu media tədbirlərindən biri hesab olunur. Festivalın əsas məqsədi televiziya sənayesində yüksək keyfiyyətli məhsulların tanıdılması və qlobal media gündəmini formalaşdıran məsələlərin müzakirəsidir.

Tədbir çərçivəsində MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyətinin Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon ilə görüşü baş tutub. Görüş zamanı Əhməd İsmayılov qeyd edib ki, media sahəsində tərəfdaşlığın gücləndirilməsi və əməkdaşlığın təşviqi sürətlə dəyişən qlobal informasiya mühitində hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. O, eyni zamanda, media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə media layihələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon isə çıxışında qurumun müasir texnoloji infrastrukturu, televiziya kontentinin planlaşdırılması, istehsalı və yayımı sahəsində tətbiq olunan metodlar, habelə rəqəmsal media mühitində formalaşdırılan innovativ yanaşmalar haqqında ətraflı məlumat verib. O, həmçinin Şanxay Media Qrupunun gələcək hədəflərindən və qlobal informasiya mühitində rəqabət qabiliyyətini artırmaq üçün atılan addımlardan bəhs edib.

Daha sonra qonaqlar Şanxay Media Qrupunun efir və montaj otaqları, texnoloji infrastrukturu və rəqəmsal yayım sistemləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının icraçı direktoru Rüfət Həmzəyev daxildirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv