Bunu yesəniz, dəriniz gözəlləşəcək, immunitet güclənəcək

Bunu yesəniz, dəriniz gözəlləşəcək, immunitet güclənəcək






presstv

"Presstv"az #Bağırsaq sağlamlığı, #Dəri problemləri, #Körpə, #Qocalma, #Qrip, #Sağlamlıq, #Soyuqdəymə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaşıl soğan tərkibindəki vitamin və minerallarla sağlamlıq üçün bir çox faydalar təmin edir.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki,  adətən salatlarda, bəzən də müxtəlif yeməklərdə istifadə edilən yaşıl soğan faydalarına görə mütəxəssislər tərəfindən tez-tez tövsiyə edilir.

Yaşıl soğan immunitet sistemini gücləndirən C vitamini ilə zəngindir və orqanizmin müqavimətini artıraraq xəstəliklərdən qoruyur.

Tərkibindəki antioksidantlar sayəsində iltihabla mübarizə aparır və sərbəst radikalların orqanizmə zərər verməsinin qarşısını alır. Yaşıl soğan az kalorili olduğundan çəkisinə nəzarət etmək istəyənlər üçün ideal tərəvəzdir. 

Liflə zəngin olan yaşıl soğan həzmi asanlaşdıraraq bağırsaq sağlamlığını dəstəkləyir. Soyuqdəymə, qrip, ürək xəstəlikləri və bəzi iltihabi xəstəliklərə qarşı qoruyucu xüsusiyyətləri var.

Bu tərəvəz bədəni bir çox xroniki xəstəliklərdən də qoruyur. Tərkibindəki A vitamini sayəsində gözlər üçün çox faydalıdır. Həmçinin qan şəkərinin səviyyəsini balanslaşdırmağa kömək edir.

Tərkibindəki antioksidantlar və vitaminlər sayəsində dərinin yenilənməsinə və nəmlənməsinə kömək edir. Xüsusilə tərkibindəki C vitamini və kükürd dəri hüceyrələrinin bərpasına yardımçı olur, dərini daha parlaq və sağlam edir. 

Yaşıl soğan sızanaq kimi dəri problemlərinə qarşı da təsirlidir. Dərinin elastikliyini artıran bu tərəvəz qocalma əlamətlərinin gecikdirilməsində də rol oynayır. Daimi istehlak edildikdə dərinin daha canlı və sağlam görünməsinə kömək edir.

Yaşıl soğan saç və dəri üçün də çox faydalıdır. Qaynadılıb istehlak edildikdə həzm problemlərini də xeyli azaldır. Eyni zamanda bədəndə yığılan toksinləri xaric edir.

Bədəni təmizlədiyi kimi, immunitet sistemini də gücləndirir. Bəlğəmgətirici xüsusiyyətə malikdir və boğazın təmizlənməsində çox təsirlidir. Yaşıl soğanın kəskin qoxusu olsa da, qida borusunda hüceyrələrin yenilənməsinə kömək edir.

Xərçəng hüceyrələrinin əmələ gəlməsi üçün mühit yaradacaq vəziyyətlərin qarşısını alır. Ağciyərlərdəki iltihabı təmizləyir.

Hamiləlik dövründə yaşıl soğan istehlakı gələcək analar üçün faydalıdır. Tərkibindəki vitamin və minerallar sayəsində ana və körpə sağlamlığına fayda verən yaşıl soğan, xüsusilə fol turşusu və C vitamini baxımından zəngidir. Fol turşusu körpənin inkişafı üçün çox əhəmiyyətlidir və yaşıl soğan bu qida dəyərini təmin etdiyi üçün hamiləlik dövründə faydalı hesab olunur.

Göyərtilərin ümumi faydalarını buradan oxuya bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv