İrandan İsrailə yeni hücum: İlk dəfə “Xeybər” ortamənzilli ballistik raketindən istifadə edildi

İrandan İsrailə yeni hücum: İlk dəfə “Xeybər” ortamənzilli ballistik raketindən istifadə edildi






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Ballistik raket, #Həkim, #İran, #İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), #İsrail, #Təl-Əviv

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İranın İsrailə səhər hücumunun hədəfi Ben Qurion hava limanı, bioloji tədqiqatlar mərkəzi, eləcə də müxtəlif səviyyəli komanda və idarəetmə mərkəzləri olub.

presstvaz bu barədə “Tasnim” agentliyinə istinada xəbər verir.

SEPAH-ın məlumatına görə, səhər hücumu “Gerçək vəd – 3” əməliyyatı çərçivəsində 20-ci raket zərbəsi olub.

Qeyd olunub ki, İran İsrailə qarşı hücumlarda ilk dəfə “Xeybər” ballistik raketdən istifadə edib.

“Xeybər” qatı yanacaqlı ortamənzilli ballistik raketdir. Onun uçuş məsafəsi təqribən iki min kilometrdir və 1.5 kiloqrama qədər döyüş başlığı kütləsi daşımağa qadirdir.

11:00

İran tərəfindən atəşə tutulma nəticəsində İsraildə azı 16 nəfər yaralanıb.

presstvaz xəbər verir ki, bu barədə “Magen David Adom” (“Davidin qırmızı qalxanı”) milli təcili yardım xidməti məlumat yayıb.

Həkimlər 16 xəsarət almış şəxsi xəstəxanalara çatdırıblar.

Məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti orta ağır qiymətləndirilir, o, qəlpə yaraları alıb.

09:52

İranın İsrailə 30-a yaxın raket buraxmasından sonra Hayfa və Təl-Əvivdə güclü partlayışlar baş verib.

presstvaz xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.

“İranın ballistik raketlərindən biri Hayfada yaşayış binalarının yaxınlığına düşüb. Qalın qara tüstü görünür”, – deyə bildirilir.

Ən azı iki nəfər yaralanıb. Axtarış əməliyyatları davam etdirilir. Yaşayış binasına ciddi ziyan dəyib. Raket qalıqlarının düşdüyü ən azı on yer məlumdur.

İsraildə yeni raket təhlükəsi elan edilib.

09:18

ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda İsrail Müdafiə Ordusu (SAXAL) İrandan raketlərin buraxılması barədə məlumat yayıb.

presstvaz bu barədə SAXAL-ın “Telegram” kanalına istinadla xəbər verir.

Bildirilir ki, müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır.

SAXAL-ın məlumatında o da vurğulanır ki, sığınacaqları tərk etmək yalnız aydın göstərişlərdən sonra mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv