Dünyada COVID-19-un yeni ştammı yayılır

Dünyada COVID-19-un yeni ştammı yayılır






presstv

"Presstv"az #ABŞ, #Böyük Britaniy, #Böyük Britaniya, #Çin, #COVID-19, #Hindistan, #Koronavirus, #Sağlamlıq, #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Koronavirusun “Nimbus” adlı yeni ştammı bütün dünyada yayılmağa başlayıb. Artıq Böyük Britaniya, Hindistan, ABŞ və digər ölkələrdə yoluxma halları aşkarlanıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Associated Press” nəşri məlumat yayıb.

Agentliyin məlumatına görə, yeni ştammda yoluxmanın əsas simptomu kəskin boğaz ağrısı, şiddətli zəiflik, temperaturun yüksəlməsi və titrəmədir. Bu səbəbdən turistlər arasında yoluxma hallarının artması müşahidə olunur.

Mənbənin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni variantını əvvəllər məlum olan ştammlarla müqayisədə daha ağır hesab etmir. Mütəxəssislər vəziyyəti izləməyə və “Nimbus”un simptomları və yayılma dinamikası haqqında daxil olan məlumatları təhlil etməyə davam edirlər.

Qeyd edək ki, “Nimbus” ştammı ilk dəfə 2025-ci ilin yazında Böyük Britaniyada aşkarlanıb və Sağlamlıq Təhlükəsizliyi Agentliyinin məlumatına görə, artıq bu yay COVID-19 hallarının artmasına səbəb ola bilər. Artıq Çin, Honq-Konq və Sinqapurda yayılma halları qeydə alınıb, ekspertlər isə qeyd edirlər ki, insanların immun sistemi zəiflədiyi üçün bu infeksiyaya yoluxma riski artır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv