Suyun istifadəsi ilə bağlı may ayında 4766 nöqsan aşkarlanıb

Suyun istifadəsi ilə bağlı may ayında 4766 nöqsan aşkarlanıb






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) monitorinq sektorunun müdiri Elmar Orucov sosial media vasitəsilə yayımlanan videohesabatda 2025-ci ilin may ayında həyata keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.

presstvaz xəbər verir ki, qurum rəsmisinin verdiyi məlumata əsasən, ötən ay ərzində ölkə üzrə ümumilikdə 4766 nöqsan qeydə alınıb ki, bu da aprel ayı ilə müqayisədə təxminən 2.5 dəfə çoxdur. Belə ki, aprel ayında 1941 nöqsan aşkar edilmişdi.

Aşkarlanan nöqsanlara əsasən su mənbələrinin çirkləndirilməsi, su mühafizə zonalarının zəbt olunması və ya zibillənməsi, su təsərrüfatı obyektlərinə qanunsuz qoşulmalar və digər oxşar hallar daxildir.

Elmar Orucov bildirib ki, aparılan monitorinqlər nəticəsində aşkarlanan nöqsanların təxminən 15%-i vətəndaşların öz təşəbbüsü ilə aradan qaldırılıb. Yerdə qalan halların həlli istiqamətində isə Azərbaycan Respublikasının Prezidentinin 4 iyun 2025-ci il tarixli, 403 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verilmiş səlahiyyətlər çərçivəsində tədbirlər görüləcək.

Qurum rəsmisi əlavə edib ki, suyun hər ötən gün daha da dəyərli olduğu bir dövrdə ölkənin su təhlükəsizliyinin təmin olunması, keyfiyyətli içməli və suvarma suyuna çıxışın təmin edilməsi, habelə ədalətli su paylanmasının həyata keçirilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən respublika ərazisində mütəmadi monitorinqlər aparılır.

Videohesabatda vətəndaşlara su ehtiyatlarından səmərəli istifadə etmələri, su israfçılığına yol verməmələri, su mənbələrini çirkləndirməmələri tövsiyə edilib. Həmçinin belə hallarla qarşılaşdıqda əvvəlcə marifləndirmə, bu yetərli olmadıqda isə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə məlumat verilməsi çağırışı edilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv