Qrossi: “BAEA İranın nüvə silahına malik olmayacağına zəmanət verə bilər”

Qrossi: “BAEA İranın nüvə silahına malik olmayacağına zəmanət verə bilər”






presstv

"Presstv"az #İran, #İsrail, #Münaqişə, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə bilər”.

presstvaz TASS-a istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının İran və İsrail arasında gərginliyə dair fövqəladə iclasında BAEA rəhbəri Rafael Qrossi deyib.

“Lazımi siyasi iradə olarsa, diplomatik həll mümkündür. Razılaşmanın elementləri müzakirə olunub və BAEA etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə bilər. Bu, sülh gətirəcək və Yaxın Şərqdə nüvə böhranının qarşısını alacaq uzunmüddətli razılaşma üçün əsas ola bilər”, – o vurğulayıb.

Qrossinin fikrincə, belə bir ehtimalın alternativi olan uzun sürən münaqişə və Yaxın Şərqdən gələn nüvə silahının yayılması təhlükəsi bütövlükdə nüvə silahının yayılmaması rejimini sarsıdacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv