İsveçrə diplomatlarını İrandan Bakıya təxliyə etdi

İsveçrə diplomatlarını İrandan Bakıya təxliyə etdi






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #İran, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsveçrə İrandakı səfirliyinin fəaliyyətini dayandırdığını açıqlayıb.

presstvaz swissinfo.ch-yə istinadən xəbər verir ki, bu barədə məlumatı İsveçrə Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, bu qərar intensiv hərbi əməliyyatlar və İranda mövcud qeyri-sabit vəziyyətlə bağlıdır.

Nazirlik həmçinin qeyd edib ki, diplomatik nümayəndəliyin bütün əməkdaşları Tehrandan təxliyə ediliblər:

“Bütün səfirliyin əməkdaşları İrandan təxliyə ediliblər. Onlar yalnız vəziyyət sabitləşdiyi təqdirdə İran ərazisinə qayıdacaqlar. Biz vəziyyəti sabitləşdirmək üçün tərəfləri dialoqa çağırırıq”, – deyə məlumatda bildirilir.

İsveçrənin xarici işlər naziri İqnasio Kassis bildirib ki, səfirlə birlikdə əməkdaşların bir qismi bir müddət əvvəl Tehranı tərk edərək Azərbaycana gəliblər.

“Onlardan sonra daha bir qrup Bakıya təxliyə edilib. Həmin şəxslərin tezliklə İsveçrəyə gedəcəyi gözlənilir”, – diplomat qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv